Tramp Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir

08.01.2025

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tramp Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. O, bunu Mar-a-Laqodakı (Florida) iqamətgahında jurnalistlərə açıqlamasında deyib.

"Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyik. Bu, gözəl səslənən addır, geniş ərazini - Amerika körfəzini əhatə edir. Nə gözəl addır. Həm də uyğundur ", - Tramp bildirib.

Tramp açıqlamasında Meksikanın immiqrasiya siyasətini də tənqid edərək, ölkəni ABŞ-a daxil olan miqrant və narkotik axınına kifayət qədər nəzarət etməməkdə ittiham edib. "Meksika milyonlarla insanın ölkəmizə buraxılmasını dayandırmalıdır. Onlar bunu dayandıra bilərlər. Biz Meksika və Kanadadan məhsullara çox ciddi tariflər tətbiq edəcəyik, " - dedi.

Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью