Tramp Meksika və Kanadanı ABŞa qoşulmağa dəvət edib

09.12.2024

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika və Kanadanı bu ölkələrə subsidiya vermək əvəzinə onları ABŞ-a qoşulmağa dəvət edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Newsweek jurnalı yazıb.

…Biz Kanadaya ildə 100 milyard dollardan çox subsidiya veririk. Biz Meksikaya 300 milyard dollara yaxın subsidiya veririk. Biz bunu etməməliyik - niyə bu ölkələrə subsidiya veririk? Əgər biz onlara subsidiya verəcəkiksə, qoy dövlət olsunlar.

Bunu Tramp bildirib.

Bundan əvvəl o, deyib ki, Amerika hakimiyyəti 4 il ərzində bütün qeyri-qanuni miqrantları ABŞ-dan deportasiya edəcək. O, andiçmə mərasimindən sonra yanvarın 20-də kütləvi deportasiyalara başlayacağına söz verib.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью