Tramp Meksika və Kanadanı subsidiyalar əvəzinə ABŞnin tərkibinə daxil olmağa dəvət edib

10.12.2024

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Meksika və Kanada subsidiya almaq əvəzinə ABŞ-ni tərkibinə daxil ola bilərdilər.

APA “Newsweek” jurnalına istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ Kanada və Meksikaya ildə müvafiq olaraq 100 milyard və 300 milyard dollardan çox subsidiya verir.

“Biz bunu etməməliyik - niyə bu ölkələrə subsidiya veririk? Əgər biz onlara subsidiya verəcəyiksə, qoy onlar bizim ştatlarımız olsunlar”, - Tramp qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью