Tramp Meksikanı gömrük rüsumlarını iki dəfə artırmaqla hədələyib

12.11.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Meksika ABŞ-yə yönələn miqrant axınının qarşısını almayacağı təqdirdə, ölkəyə tətbiq edilən gömrük rüsumları iki dəfə artırılacaq”.

525.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“Böyük miqrant karvanları formalaşır və onlar Meksika ərazisindən ABŞ-yə doğru qanunsuz yürüşə başlayıblar. Biz onları qəbul etməyəcəyik. Meksika buna dərhal son qoymalıdır, əks halda gömrük rüsumlarını dərhal iki dəfə artıracağıq”, - Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, respublikaçıların aralıq seçkilərdə guya məğlub olması miqrantların “növbəti kütləvi axınına” səbəb olub.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью