Tramp Meksikaya hücum edəcək? ÖZÜ AÇIQLADI KONKRET

23.01.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp NATO-nun beşinci maddəsinin Meksika ilə sərhədin qorunmasında tətbiq olunacağını istisna etməyib.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, ABŞ qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün NATO-nu cəlb etməyi nəzərdən keçirə bilər:

“Bəlkə də NATO-nu sınaqdan keçirməliyik: beşinci maddəni tətbiq edib alyansı cənub sərhədimizi qeyri-qanuni miqrantların davam edən ‘işğalından’ qorumağa məcbur etməliyik. Bu, çoxlu sayda sərhəd mühafizəçisini digər vəzifələr üçün azad edə bilər”, – deyə Tramp yazıb.

Qeyd edək ki, NATO-nun beşinci maddəsi alyans üzvlərindən birinə qarşı hücumu bütün üzvlərə qarşı hücum kimi qiymətləndirir və kollektiv müdafiəni nəzərdə tutur. Trampın bu açıqlaması siyasi dairələrdə və beynəlxalq müstəvidə müzakirələrə səbəb olub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью