Tramp Melaniya filmindən milyonlar qazandı

02.07.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp "Melaniya" sənədli filmi üçün lisenziya ödənişi olaraq 10,7 milyon dollar əldə edib.

Axşam.az-ın "Variety" nəşrinə istinadən məlumatına görə, bu məbləğ onun 2025-ci il üzrə maliyyə bəyannaməsində qeyd olunub.

Nəşrin yaydığı məlumata əsasən, "Amazon MGM Studios" filmin hüquqlarını 40 milyon dollara satın alıb və onun tanıdılmasına (reklamına) daha 35 milyon dollar xərcləyib. Ekran işi dünya prokatında cəmi 16,6 milyon dollar toplaya bilib və bundan sonra "Prime Video" striminq platformasında yayımlanıb.

Bəyannamədə həmçinin göstərilib ki, Tramp birinci xanımın memuarlarının lisenziyalaşdırılmasından daha 521 min dollar gəlir əldə edib. Melaniya Tramp ilə bağlı NFT və digər rəqəmsal kolleksiya əşyaları isə ona təxminən 6 milyon dollar qazandırıb.

Maliyyə hesabatına əsasən, Trampın 2025-ci ildəki ümumi gəliri 2,2 milyard dolları ötüb. Bu məbləğin böyük bir hissəsini — təxminən 1,4 milyard dollarını Tramp ailəsinin kriptovalyuta layihələrindən əldə olunan gəlirlər təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью