Tramp Meloni ilə görüşdü: Birlikdə filmə baxdılar...

05.01.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya Baş naziri Corciya Meloni ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Floridadakı iqamətgahında görüşüb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“İtaliya Baş naziri Corciya Meloni şənbə günü Floridaya uçub və Mar-a-Laqoda Donald Trampla görüşüb”, - məlumatda qeyd olunub.

Məlumata görə, Trampla Meloni hətta birlikdə filmə də baxıblar.

“Bu, çox həyəcanlıdır, mən fantastik bir qadınla, İtaliyanın baş naziri ilə buradayam. O, həqiqətən Avropanı və hər kəsi ələ keçirdi və biz bu gün nahar edirik”, - Tramp Meloni ilə görüş barədə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью