Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində yeganə qadın iştirakçı olan İtaliya Baş naziri Corcia Melonini zarafatyana salamlayıb.
Oxu.Az bu barədə ANSA agentliyinə istinadən xəbər verir.
Belə ki, Tramp Melonini salamlayarkən "Bu qadın kimdir?" deyə soruşub.
Agentliyin xəbərinə görə, daha sonra ABŞ lideri ona əl uzadaraq, "Gözəl qadın" ifadəsini işlədib.