Tramp: “Mən demirəm ki, kimsə mələkdir” ABŞ lideri Putini dayandıra bilmir | Icma.az
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq. "Ukraynadakı müharibə mənim, ABŞ-ın deyil, bu, Baydenin (keçmiş prezident - Mia.az) müharib
Mia.az xarici mətbuata istiandla xəbər verir ki, bu sözləri Donald Tramp Ağ Evdə Salvador prezidenti Nayib Bukele ilə görüşündə deyib.
O etiraf edib ki, Ukrayna müharibəsini birtirmək istiqamətində proses arzulanan kimi davam etmir: "Yeganə məqsədim bu müharibəni tez bir zamanda bitirmək və tərəflər arasında razılığa gəlməkdir".
ABŞ lideri daha sonra Ukrayna prezidenti Zelenskini yenə aşağılayıb: "O, ABŞ-dan yenə Patriot hava hücumundan müdafiə raketləri almaq istəyir.
Mən isə ona deyirəm: sən müharibəyə başlayanda bilməlisən ki, o müharibəni qazana bilərsən.
Sizdən 20 dəfə böyük ölkə ilə müharibəyə başlaya bilməzsiniz, sonra da baqşalarından sizə raket verməsini gözləyə bilməzsən".
Bu sözlərdən sonra yenə ənənəvi ritorikasını davam etdirən Tramp bu savaşın bütün tərəflərini "mələk" saymadığını deyib: "Mən demirəm ki, burada kimsə mələkdir.
Ancaq əgər 2020-ci il seçkilərində qalib gəlsəydi,m Rusiya-Ukrayna müharibəsi heç vaxt başlamayacaqdı.
Tam oxu
Xəbəri oxu