Tramp: “Mən olmasaydım, İsrail məhv olardı”

27.08.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp siyasi şərhçi Qlenn Bekə müsahibəsində deyib.

O, Birləşmiş Ştatların sabiq Prezidenti Barak Obamanın dövründə İranın nüvə fəaliyyəti ilə bağlı əldə edilən sazişi “tarixin ən təhlükəli sazişlərindən biri” adlandıraraq, bunun Tehranın nüvə silahı əldə etməsi üçün yol açdığını bildirib.

“İranın nüvə silahı olardı. Onlar da bundan istifadə edərdilər”, - Ağ Ev sahibi söyləyib. 
O əlavə edib ki, İran nüvə silahı olarsa, o zaman İsrail tamamilə məhv ediləcək.

“Əgər Donald Tramp prezident olmasaydı, bu gün İsrail olmazdı... Bu, bir zəmanətdir”, - deyə ABŞ lideri növbəti dəfə bu fikrini təkrarlayıb.

Qeyd eədk ki, Tramp oxşar açıqlamanı iyun ayında Fransada keçirilən G7 sammitində də verib.

Mürtəza
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью