Icma.az, Azvision saytına istinadən bildirir.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının (AK) “X” sosial şəbəkəsini 120 milyon avro cərimələmək qərarını belə şərh edib.
“Bu, çox təəccüblüdür. Bu, sərtdir. Bunu hücum hesab edirsiniz? İlon bu işdə kömək istəmək üçün mənə zəng etməyib. Amma yox, bu ciddidir. Mən bunu düzgün saymıram. Xeyr, mən bunu düzgün hesab etmirəm. Mən başa düşmürəm ki, onlar bunu necə edə bilirlər. Bu barədə sonra danışacağam”, - Ağ Evin rəhbəri deyib.
Bununla bağlı tam hesabat alacağını bildirən Tramp Avropanı çox diqqətli olmağa çağırıb. Onun sözlərinə görə avropalılar çox şey edirlər. ABŞ Avropanı Avropa kimim saxlamaq istədiyi halda, Avropa pis istiqamətdə gedir.
- Bu çox pisdir, insanlar üçün çox pisdir. Biz Avropanın bu qədər dəyişməsini istəmirik. Çox pis istiqamətlərə gedirlər. Bu böyük və ciddi məsələ idi”, - Amerika lideri vurğulayıb.
Donald Tramp sələfi Co Baydenin Ukraynaya 350 milyard dollar verdiyini də xatırladıb.
“Bilirsiniz, mən onlara nə vermişəm? Heç nə. Yaxşı, mən onlara lap əvvəldə “Javelin”lər verdim, onlar isə tankları vurdular”, - ABŞ prezidenti diqqətə çatdırıb.
Onun iddiasına görə, ABŞ “humanitar səbəblərdən” Ukraynadakı müharibənin bitməsini və onun ərazisində insan itkisini dayandırmaq istəyir.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. “Bu, çox təəccüblüdür. Bu, sərtdir. Bunu hücum hesab edirsiniz? İlon bu işdə kömək istəmək üçün mənə zəng etməyib. Amma yox, bu ciddidir. Mən bunu düzgün saymıram. Xeyr, mən bunu düzgün hesab etmirəm. Mən başa düşmürəm ki, onlar bunu necə edə bilirlər. Bu barədə sonra danışacağam”, - Ağ Evin rəhbəri deyib.