Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə paylaşımında Vaşinqtonun əsas məqsədlərindən birinin İranın nüvə silahı əldə etməsinə yol verilməmək olduğunu bildirib.
Bu barədə ABŞ lideri “Truth Social”da yazıb. Donald Tramp mediaya ismarış ünvanlayaraq, əsas məqsədlərinin daim o olduğu və həmişə də belə qalacağını yazıb: “İran heç bir şəraitdə, formada nüvə silahına sahib ola bilməməlidir. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm!”.
XQ