Tramp mərkəzi rolda Ankaranı görür

04.11.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Birləşmiş Ştatların lideri Donald Tramp Qəzzanın yenidən qurulmasında Türkiyənin yaxından iştirakını istəyir.
Reyting.az
xəbər verir ki, bu barədə “Washington Post” qəzeti analitik məqalə dərc edib.
Qeyd olunur ki, Türkiyə HƏMAS ilə əlaqələri sayəsində Qəzzada atəşkəsin əldə edilməsinə mühüm töhfə verib və Ankara regionun yenidən qurulması və təhlükəsizliyinə fəal şəkildə töhfə verə bilər.
Tel-Ələvivin etirazlarına baxmayaraq, ABŞ prezidenti Donald Tramp Türkiyənin Qəzzada atəşkəsdə mərkəzi rol oynaya biləcəyinə inanır.
Qəzetin “Tramp Türkiyənin Qəzza sülhündə mərkəzi rola malik olduğuna inanır, lakin İsrail buna etiraz edir”,- başlıqlı məqaləsində həm də Yaxın Şərqdəki proseslərlə bağlı irəliləyişlər araşdırılıb.
E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью