Tramp mesaj verdi, Putin hazırlığa başladı

22.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təmas hələ razılaşdırılmayıb, amma Moskva bunun üçün daxili hazırlıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Əlaqə hələ razılaşdırılmayıb, amma daxili hazırlıqlar davam edir. Yəqin ki, Vaşinqtondan daha aydın və konkret bir şey eşidəndə qrafikləri və təşkilati məsələləri koordinasiya etməyə başlayacağıq”, - diplomat bildirib.

Xatırladaq ki, bundan əvvəl Tramp Putinlə təmasın çox yaxında baş tutacağına ümid etdiyini açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью