Tramp Messi ilə görüşdə ABŞ nin İranla müharibədəki uğurlarından danışıb

06.03.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp futbolçu Lionel Messi ilə görüş zamanı İranla münaqişədə ABŞ ordusunun əldə etdiyi uğurlardan danışıb.

BAKU.WS xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

Bildirilir ki, "İnter Mayami" klubunun futbolçuları ilə Ağ Evdə keçirilən görüş zamanı Tramp ABŞ Silahlı Qüvvələrinin hərbi əməliyyatlarından bəhs edib.

"ABŞ Silahlı Qüvvələri indiyədək görünməmiş səviyyədə düşməni tam şəkildə məhv etməyə davam edir", - deyə Tramp əlavə edib.

Məlumata görə, görüş zamanı Trampın yanında dayanan Messi hərbi əməliyyatlarla bağlı bu açıqlamalara emosional reaksiya verməyib.

Qeyd olunub ki, 5 mart 2026 tarixində "İnter Mayami"nin futbolçuları 2025-ci ilin noyabrında qazandıqları MLS Cup qələbəsi münasibətilə Ağ Evə dəvət olunublar. Komanda finalda "Vancouver Whitecaps" üzərində qələbə qazanaraq kuboku əldə etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью