Tramp Milad şənliyini siyasətə görə tərk etməli olub

25.12.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp bütün günü Milad mövzulu tədbirlərdə iştirak edə bilərdi, amma o, Ukraynadakı hadisələr də daxil olmaqla, qlobal siyasətə qayıtmaq məcburiyyətindədir. Bu barədə ABŞ lideri 24 dekabrda Milad tədbiri zamanı danışıb.

Məlumatı “İzvestiya.ru” verib. 

Milad gecəsi Tramp Santa Klausun şimal maralının yerini öyrənmək üçün Pentaqonun Şimali Amerika Regional Hava Hücumundan Müdafiə Komandanlığının (NORAD) qaynar xəttinə zəng edən uşaqların suallarını cavablandırıb.

“Bunu bütün günü edə bilərdim. Amma Çinə, Rusiyaya, Ukraynaya qayıtmalıyam. Başqa şeylərə qayıtmalıyam”, - deyə Tramp bildirib.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью