Tramp Milli Qvardiyanı Çikaqoya göndərmək niyyətini açıqlayıb

03.09.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqton, 3 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın birləşmələrini Çikaqo şəhərinə göndərməyi planlaşdırır.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib. Lakin o, belə bir əməliyyatın nə vaxt keçiriləcəyini açıqlamayıb.

O, Çikaqoda baş verən silahlı zorakılıqlar barədə məlumat verərək, İllinoys ştatının qubernatorunun federal yardım istəməli olduğunu söyləyib. "Əgər İllinoys qubernatoru çağırsa, bunu etmək istərdim. Lakin onsuz da bunu edəcəyik. Bizim bunu etməyə haqqımız var, çünki bu ölkəni qorumaq öhdəliyim var", - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью