GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Minneapolis şəhərinin meri Ceykob Freyə müraciət edərək, şəhər ərazisində federal immiqrasiya qanunlarının icrasına mane olmamağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks” аgentliyi məlumat yayıb.
Tramp bildirib ki, merin Minneapolisin federal immiqrasiya qanunlarına əməl etməyəcəyini və onların icrasını həyata keçirməyəcəyini açıqlaması onu təəccübləndirib:
“Bu, onunla söhbət etdikdən sonra baş verdi. Yaxın ətrafından kimsə ona izah etməlidir ki, bu bəyanat çox ciddi qanun pozuntusudur və o, odla oynayır”
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın İmmiqrasiya və Gömrük Xidməti (ICE) Gömrük və Sərhəd Mühafizəsi ilə birgə Minneapolisdə iki ay ərzində qeyri-qanuni miqrantların aşkarlanması məqsədilə genişmiqyaslı əməliyyat keçirib. Təxminən 3 min əməkdaşın cəlb olunduğu tədbirlər nəticəsində 3,4 minə yaxın şəxs saxlanılıb.
Bu əməliyyatlar yerli hakimiyyət orqanlarının sərt tənqidinə səbəb olub və ştatda etiraz aksiyalarını alovlandırıb. Reydlər və etirazlar zamanı baş verən toqquşmalar nəticəsində iki ABŞ vətəndaşı həyatını itirib.
Əliyar Xəlil