Tramp miqrantları aşağıladı: Onlar ən pis insanlardır

24.01.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ-də qeyri-qanuni miqrantların deportasiyası uğurla gedir".
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz dəhşətli, qatı cinayətkarlardan xilas oluruq. Bunlar ən pis insanlardır. Biz əvvəlcə onlardan qurtuluruq”, – Ağ Evin rəhbəri bildirib.
Tramp inauqurasiyadan sonra ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-yə girişini dayandıracağını, həmçinin milyonlarla miqrantı deportasiya edəcəyini vəd edib. O, həmçinin Meksika ilə sərhəddə vəziyyətlə əlaqədar fövqəladə vəziyyət tətbiq edəcəyini və ora qoşun göndərəcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью