Tramp miqrantlarla bağlı verdiyi vədi dərhal yerinə yetirəcək

18.01.2025

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyanın səhəri günü miqrantları ölkədən çıxarmağa başlayacaq.

Teleqraf.com xəbər verir ki, irimiqyaslı reydlər Çikaqodan, İllinoys ştatından başlanacaq.

"The Wall Street Journal"-ın məlumatına görə, çərşənbə axşamı başlayan əməliyyatlar həftə sonunadək davam edəcək. Prosesə miqrasiya və gömrük xidmətlərinin 200 nəfərə yaxın əməkdaşı cəlb olunacaq. İlk mərhələdə kriminal keçmişi olan qeyri-leqal miqrantlar ölkədən çıxarılacaq. Çikaqodan sonra reydlər Nyu-Yorkda, Los-Ancelesdə, Denverdə, Mayamidə və başqa iri şəhərlərdə həyata keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью