Tramp Misir və İsrail liderlərini barışdırmaq istəyir

07.12.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında müharibə başlayandan bəri əlaqə qurmayan İsrailin Baş naziri Binyamin Netanyahu ilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi arasında görüş təşkil etməyi düşünür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Axios" məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqton Netanyahunun Misirlə strateji qaz sazişini təsdiqləyəcəyini və Əs-Sisini görüşə razı salmaq üçün əlavə addımlar atacağını gözləyir.

Məqalədə deyilir: "Bu vacibdir, çünki ABŞ iqtisadi diplomatiya vasitəsilə İsrail və ərəb ölkələri arasında münasibətləri yaxşılaşdırmağa çalışır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью