Tramp Misirdə Qəzza ilə bağlı dünya liderləri ilə zirvə görüşü keçirəcək

12.10.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Qəzza ilə bağlı zirvə görüşünə dəvət olunub

ABŞ Prezidenti Donald Tramp Misirə səfəri zamanı Qəzza ilə bağlı dünya liderləri ilə zirvə görüşü keçirməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, zirvə görüşündə zirvə görüşündə Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Qətər, BƏƏ, İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziya liderlərinin və ya xarici işlər nazirlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, ABŞ tərəfinin zirvə görüşünə Azərbaycanı da dəvət etdiyi bildirilir.

Zirvə görüşündə İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı gözlənilmir.

Misirin Prezident Administrasiyasının açıqlamasına görə, Şarm əl-Şeyxdə keçiriləcək zirvə görüşündə Tramp da daxil olmaqla 20-dən çox lider iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью