Tramp: Modi Rusiya nefti almayacaqlarına dair vəd verdi

16.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Hindistanın Baş naziri Narendra Modi ölkəsinin bundan sonra Rusiya neftini almayacağına dair vəd verib".

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Hindistanın neft almasından narazı idim. Və bu gün o məni Rusiyadan neft almayacaqlarına əmin etdi. Bu, irəliyə doğru böyük addımdır. İndi mən Çini də buna razı salmalıyam", - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью