Tramp MRT dən keçdi

15.11.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Həkimlər ABŞ Prezidenti Donald Trampın müayinə nəticələrinin yaxşı olduğunu desələr də Prezident özü bu bərədə danışmaq istəməyib.

Modern.az xarici mediaya istinadən yazır ki, səhhəti ilə bağlı dolğun açıqlamadan çəkinən Tramp həkimlərin müsbət rəyə gəldiklərini deməklə kifayətlənib.

“Başımı ya ürəyimi yoxladıqlarını bilmədim. Amma müayinə gözəl aparıldı”, - deyə ABŞ lideri jurnalistin sualına cavab verib.

Cavid Zahidoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью