Tramp: “Müdaxilə etməsəydim, İsrail mövcud olmayacaqdı”

27.08.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“O saziş İranın nüvə silahı əldə etməsinə yol açdı”

“İranın nüvə proqramını dayandırmaq üçün gördüyüm tədbirlər olmasaydı, İsrail məhv ediləcəkdi". AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “CBS News”a deyib.

Tramp təkrarlayıb ki, onun müdaxiləsi olmadan “İran nüvə silahı əldə edəcəkdi və İsrail artıq mövcud olmayacaqdı".

Amerika lideri Barak Obama administrasiyası dövründə bağlanmış İran nüvə sazişini bir daha tənqid edib və ilk müddətində ABŞ-ı birtərəfli şəkildə sazişdən geri çəkdiyini xatırladıb: “Çünki o saziş İranın nüvə silahı əldə etməsinə yol açdı”.

Tramp onun müdaxiləsi olmadan İranın nüvə silahı əldə edəcəyinə və onlardan istifadə edəcəyinə əminliyini bildirib: "İsrail tamamilə zərərsizləşdiriləcəkdi. Əgər mən prezident olmasaydım, İsrail artıq mövcud olmazdı".

Qeyd edək ki, Tramp Fransada keçirilən G7 sammitində də oxşar fikirlər səsləndirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью