Tramp: Mudi Rusiyadan neft alşını dayandırmağa hazırdır

16.10.2025

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Mudinin Rusiyadan neft alışını dayandırmağa hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

Trampın sözlərinə görə, Mudi onu bu barədə şəxsən əmin edib.

“O, bu gün mənə dedi ki, artıq Rusiyadan neft almayacaqlar. Bu, böyük addımdır. İndi eyni qərarı Çindən gözləyirəm,” - Tramp deyib.

Prezident Tramp həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ətrafındakı vəziyyətin nizamlanmasında maraqlı olduğunu düşünür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью