Tramp müəmmalı paylaşım edib

31.08.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edərək öz fotosu ilə birlikdə "Dünya başa düşəcək. Yaxınlaşanı heç nə dayandıra bilməz" sözlərini yazıb.

Oxu.Az xəbər verir ki, şəkildə Trampın qolları yarı əyilmiş və yuxarı qaldırılmış vəziyyətdədir, ovucları isə səmaya baxır. ABŞ prezidentin arxasında Günəşə və alova bənzəyən parlaq işıqla təsvir olunan Yer planetini görmək mümkündür.

Tramp paylaşımda yazılan sözlərin nə ilə əlaqəli olduğunu açıqlamayıb. Qeyd olunur ki, bu paylaşım retvitdir: ABŞ lideri öz səhifəsində Flopop adlı "X" sosial şəbəkə istifadəçisinin tvitini yerləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью