Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Hörmüz boğazı üzərində tam nəzarətə malik olduğunu və İranla müharibənin “çox tezliklə” başa çatacağını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp radio aparıcısı Qlenn Bekin proqramına telefonla qoşularaq gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.
İranla müharibənin gedişatını qiymətləndirən Tramp ABŞ-ın Hörmüz boğazı məsələsində “yaxşı mövqedə” olduğunu və qarşıya qoyulan məqsədlərə çatmağa yaxınlaşdıqlarını deyib.
ABŞ prezidenti İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəklərini vurğulayıb.
“Düşünürəm ki, bu vəziyyət çox tezliklə başa çatacaq. Biz Venesuelada qalib gəldik və burada da çox tezliklə böyük qələbə qazanacağıq”, – deyə Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az