Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İrana ölkəyə hücum etməyi planlaşdırmadığı barədə məlumat verib.
Redaktor.az xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Möqəddəm "Dawn" nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, gecə saatlarında Trampın müharibə istəmədiyi və İrandan regionda ABŞ maraqlarına qarşı hər hansı addım atmamağı xahiş etdiyi barədə məlumat alıb.
Moğadam əlavə edib ki, İran vətəndaşlarının etiraz etmək hüququ var, lakin bu aksiyalar Qərb mediasında şişirdilmiş formada təqdim olunur.
O bildirib ki, İslam Respublikası rəhbərliyi yerli əhali ilə danışıqlar aparır və kompromis əldə etməyə çalışır.
Aytəkin TOFİQQIZI