Tramp: “Müharibələrə qarışmaq istəmirəm, amma etsəm, qəddar olacaq”

11.11.2025

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın sabiq prezidenti Donald Tramp beynəlxalq münaqişələrə qarışmaq istəmədiyini bildirib.

Doğru.az xəbər verir ki, o, bu fikirləri Fox News-a müsahibəsində səsləndirib. RİA Novostinin məlumatına görə, Tramp deyib:

“Mən müharibələrə qarışmaq istəmirəm. Əgər bunu etsəm, biz onu tez qazanacağıq və bu, qəddar olacaq.”

Sabiq prezident əlavə edib ki, ABŞ-ın bir çox müttəfiqləri əslində Vaşinqtonun dostu deyil.

Tramp həmçinin qeyd edib ki, ABŞ artıq Ukraynanı maliyyələşdirmir və bu münaqişə nəticəsində ölkənin təxminən 350 milyard dollar zərər gördüyünü bildirib.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью