Tramp müharibələrə son qoymağa çalışacağını deyib

06.11.2024

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “müharibələri dayandırmaq” üçün çalışacağına söz verib.

Bizimyol.info xəbər verir ki, bu barədə o, Mar-a-Laqo mülkündə (Florida) danışarkən qeyd edib.

“Mən müharibəyə başlamayacağam, müharibələri dayandıracağam”, o bildirib.

“Biz güclü orduya sahib olmaq istəyirik, amma ideal olaraq ondan istifadə etmək məcburiyyətində qalmayacağıq. Bildiyiniz kimi, dörd il ərzində (Tramp hakimiyyətdə olarkən) biz müharibələr aparmamışıq”, - deyə Respublikaçı qeyd edib.

İndiki seçki kampaniyası zamanı Tramp dəfələrlə söz verib ki, noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər Ukrayna münaqişəsini həll edəcək.

“Fox News” kanalının və “The Hill” qəzetinin proqnozuna görə, ABŞ-da noyabrın 5-də keçirilən seçkilərdə Tramp qalib gəlib. ABŞ-ın hakim Demokrat Partiyasını Kamala Harris təmsil edib. O, 2021-ci ilin yanvarından ABŞ-ın vitse-prezidentidir. Tramp Amerikanın 45-ci prezidenti olub. 2020-ci il seçkilərində demokrat Co Baydenə uduzdu. İndi isə o, ABŞ-ın 47-ci prezidenti seçildiyini elan edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью