Tramp müharibəni 24 saata bitirə bilməyəcək Kuleba

08.12.2024

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə bilməyəcək.

Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xaric işlər naziri Dmitri Kuleba deyib.

“Onun ilk açıqlamaları və telefon zəngləri böyük səs-küyə səbəb olub. Amma hələlik bunlar sadəcə sözlərdir. Biz onu əməllərinə görə qiymətləndirməliyik. Müharibənin tez bitməyəcəyi aydındır. Bu, sadəcə olaraq mümkün deyil. Trampın hansı planı ortaya atmasından asılı olmayaraq, reallıq yoxlamasından keçməli olacaq”, - Kuleba bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью