Tramp “müharibəni” seçdi Hədəfdə bu üç ölkədir: Qlobal böhran başlayır? | Icma.az
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılması barədə gözlənilən sərəncamı imzalayıb.
Bu sərəncama görə, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək.
Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq. Artıq Trampın bu addımı ticarət müharibəsinin başlaması kimi dəyərləndirilir.
Bu addım dünya iqtisadiyyatına necə təsir edəcək? Qlobal böhran yaranacaqmı? Azərbaycana nə kimi təsirləri ola bilər?
Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, ABŞ-ın gömrük rüsumları və tariflər siyasətinə yenidən baxması, xüsusən Meksika, Kanada və Çinə münasibətdə gömrük rüsumlarının artırılması qlobal ticarət müharibəsinin ilk addımlarının atılmasına səbəb olub: “Kanada məsələ ilə bağlı müvafiq cavab verib.
Çin isə öz növbəsində Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib.
ÜTT-nin qızıl qaydasına görə, bir-biri ilə ticarət edən ölkələr digərinin təqdim etdiyi şərtlərdən ağır şərtlər irəli sürə bilməz.
Tam oxu
Xəbəri oxu