Tramp müharibənin başlamasında İranı günahlandırıb

27.10.2026

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Onlar dünyada terrorun bir nömrəli dövlət sponsoru hesab olunurlar"

ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münaqişənin başlanmasında İranın məsuliyyət daşıdığını bildirib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp Missisipidə keçirilən seçki kampaniyası mitinqində deyib: "Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı".

Amerika lideri bir daha Tehranın nüvə raketi hazırlamasına cəmi iki həftə qaldığı iddiasını təkrarlayıb.

"Düşünmürəm ki, seçimimiz var idi. Onların nüvə raketi hazırlamağa iki həftələri qalmışdı. Onlar dünyada terrorun bir nömrəli dövlət sponsoru hesab olunurlar", - deyə ABŞ prezidenti bildirib.

Amerika lideri həmçinin İranla əvvəllər əldə edilən atəşkəs razılaşmasını "vaxt itkisi" adlandırıb.

Tramp deyib: "Heç vaxt xoşuma gəlməmiş kiçik bir barışıq əldə etdik".

"Biz nəzakətli olmaq istəyirik, amma başa düşdüyüm qədəri ilə bu, vaxt itkisi idi", - deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью