Tramp müharibənin bitəcəyini ELAN ETDİ: AMMA...

10.03.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp İranda müharibənin bitəcəyini elan edib.

"Cebheinfo.az" xəbər verir ki, CBS müxbiri ilə söhbətində Prezident bu barədə danışıb.

İrana qarşı müharibənin "az-çox bitdiyi" və neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə səbəb olan  açıqlamasından qısa müddət sonra Tramp yenidən kamera qarşısına çıxıb.

"Biz artıq bir çox cəhətdən qalib gəlmişik, amma hələ kifayət qədər qələbə qazana bilməmişik.  Təhlükəyə son qoyacaq tam qələbəyə nail olmaq üçün irəliləyirik", - deyə o bildirib.

O, müharibənin tezliklə bitəcəyini bildirib. Amma eyni zamanda müharibənin bu həftə bitəcəyi barədə suala "Xeyr" cavabını verib.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью