Tramp: “Müharibənin bitməsi şansı yaranıb”

20.08.2025

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Amerika lideri Donald Tramp belə deyib. Eyni zamanda Tramp özünün iştirakı olmadan Putinlə Zelenskinin ilkin görüşünün tərəfdarı olduğunu qeyd edib.
“Prezident Putinlə çox uğurlu görüş keçirdim. Prezident Zelenski ilə çox uğurlu görüşüm oldu. Düşündüm ki, onlar mənsiz görüşsələr, daha yaxşı olar”, - Ağ Evin rəhbəri vurğulayıb.
Putin Zelenski ilə görüşməyə hazırdır | VİDEO ABŞ prezidentinin sözlərinə görə, o, belə bir görüşdən sonra nə baş verəcəyini görmək istərdi. Donald Tramp bildirib ki, hazırda iki ölkə liderlərinin görüşü hazırlıq mərhələsindədir.
Avqustun 19-da Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ prezidentinin Ukraynadakı münaqişənin tezliklə həllinə nail olmaq niyyətini açıqlayıb. Onun sözlərinə görə, ABŞ Rusiya və Ukrayna ilə Putin və Zelenskinin görüşünün yerini müzakirə edir.
Xatırladaq ki, bundan əvvəl Donald Trampın özü Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında mümkün görüşün anonsunu verib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью