Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton, 17 dekabr, AZƏRTAC “Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün razılaşmanın əldə olunmasına çalışacağam”,AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp keçirdiyi ilk mətbuat konfransında deyib.
O Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putini yaxşı tanıdığını deyib.
Tramp vurğulayıb ki, həmkarları razılaşma əldə etməyə hazır olmalıdırlar.“Mən Ukraynada davam edən dəhşətli müharibənin dayanmasına çalışıram”,- deyə ABŞ lideri bildirib.
Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiriVaşinqton Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.