Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başlamasında keçmiş prezident Co Baydenin Rusiyaya qarşı açıqlamalarının rol oynadığını iddia edib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Tramp “Gray Media” televiziya şirkətinə müsahibəsində bildirib. Onun sözlərinə görə, 2020-ci il prezident seçkilərində saxtakarlıq olmasaydı və özü prezident vəzifəsində qalsaydı, Ukrayna ilə Rusiya arasında müharibə yaşanmazdı.
Qeyd edək ki, Donald Tramp 2017–2021-ci illərdə ABŞ prezidenti olub. O, 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Baydenə məğlub olub. Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə qalib gələrək ikinci dəfə ABŞ prezidenti seçilib.
Aişə
“Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin