Tramp müharibəyə son qoymaq istəyir: Bacaracaq?

31.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Tramp Ukraynadakı müharibəyə 2025-ci ildə son qoymaq istəyir.

“Cebheinfo.az” “Die Welt” qəzetinə istinadən xəbər verir ki, Ukrayna qoşunlarının vəziyyəti ağırdır. Məlumata görə, əsgələrin döyüş ruhu aşağı düşüb və fərarilərin sayı artıb. Eyni zamanda, qeyd olunub ki, Donbasın müdafiəsi çökmək üzrədir və Rusiya Silahlı Qüvvələri Xerson və Zaporojye bölgələrinin içərlərinə doğru irəliləyir.

Qəzet, həmçinin məlumat verir ki, 2025-ci ildə Tramp administrasiyası Ukraynada cəbhə xətti boyunca hərbisizləşdirilmiş zona yaratmağı planlaşdırır. Ukrayna isə ərazilərinin itirilməsinə razı olmaq məcburiyyətində ola bilər və NATO-ya qəbul edilməyəcək. Kremlin Tramın planları ilə razı olduğu iddia olunur. Amma buna baxmayaraq, ABŞ Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью