Tramp: Müharibəyə son qoymaq üçün Putinlə görüşə | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır. AzVision.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
Nəşr Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə verdiyi açıqlamadan sitat gətirib: “O(Putin-red.) görüşmək istəyir və biz də buna hazırlıq görürük”.
Tramp iddia edib ki, hətta Kreml rəhbəri görüş istəyini açıq şəkildə deyib. "Biz bu müharibəni bitirməliyik", - Tramp vurğulayıb.
"Reuters" isə yazıb ki, ABŞ lideri belə bir tarixi görüşün nə vaxt baş tutacağını açıqlamayıb.Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.
Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib.
Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı.
Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev AzVision.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu