Icma.az bildirir, Bakupost portalına istinadən.
Qrenlandiya ilə bağlı Avropa ilə danışıqlar artıq başlayıb və çox şey barədə razılığa gəlinib.
Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Danışıqlara başlamışıq və düşünürəm ki, artıq xeyli razılaşma əldə olunub. Düşünürəm ki, bu, hər kəs üçün yaxşı bir razılaşma olacaq. Milli təhlükəsizlik baxımından çox vacib bir razılaşma”, - Tramp bildirib.
Ağ Ev rəhbəri danışıqlar zamanı hansı məsələlərin və kiminlə müzakirə olunduğunu açıqlamayıb.
Asena,
BakuPost