Tramp münaqişəyə son qoymağa hazırdır Uolts

20.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymağa hazırdır.

Axar.az xəbər verir ki, bunu “Fox Nyus”a ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts deyib.

"Prezident münaqişəyə son qoymağa sadiqdir. O, bunu dəfələrlə açıq şəkildə bəyan edib. ABŞ-ın əvvəlki administrasiyası münaqişəni həll etməyə hətta cəhd belə etməyib”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью