Tramp: Müqavilədən çıxmaq istəsə Zelenskinin böyük problemləri nin olacaq

31.03.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ukrayna prezidenti Vladimir Zelenski, ehtimal ki, faydalı qazıntılar üzrə müqavilədən çıxmaq istəyir.

Bizimyol.info xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. O, Zelenskinin müqavilədən çıxacağı halda "böyük problemlərlə" üzləşəcəyini bildirib.

"O, faydalı qazıntılar müqaviləsindən çıxmaq istəyir və əgər bunu etsə, onun böyük, çox böyük problemləri olacaq", - deyə Tramp bildirib.

"O, NATO üzvü olmaq istəyir, amma heç vaxt NATO üzvü olmayacaq. Bunu başa düşür", - deyə Tramp əlavə edib.

ABŞ Kiyevə yeni bir saziş layihəsi təqdim edib, bu layihə Ukraynanın bütün faydalı qazıntı yataqlarına tam nəzarət etməyi nəzərdə tutur, amma təhlükəsizlik təminatları yoxdur. Həmçinin, yeni müqavilədə Ukrayna üçün heç bir maliyyə dəstəyindən söhbət getmir.

Zelenski artıq Ukraynanın sənədi aldığını təsdiq edib.

Trampın nümayəndələri, Ukraynadan yeni müqaviləni sürətlə imzalamasını gözlədiklərini gizlətmirlər, amma problem ondadır ki, Ukrayna tərəfi təklif olunan şərtləri qəbul etməkdə çətinlik çəkəcək.

Son günlərdə "The Wall Street Journal" nəşri qeyd edib ki, gözləntilər arasındakı uyğunsuzluq ABŞ və Ukrayna arasında yeni bir gərginlik dalğasına səbəb ola bilər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью