Tramp müqaviləyə görə Zelenskiyə təzyiq edir

01.04.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini bu həftənin əvvəlində razılaşdırılacağı gözlənilən müqavilədən “geri çəkilməyə çalışmaqda” ittiham edib.
Reyting.az
xəbər verir ki, Tramp ukraynalı həmkarını müqaviləni imzalamayacağı təqdirdə “böyük problemlərlə” hədələyib.
“O, NATO-nun üzvü olmaq istəyir. Amma heç vaxt NATO-nun üzvü olmayacaq. O, bunu başa düşür. Deməli, müqaviləni yenidən müzakirə etmək istəsə, böyük problemlə üzləşir”, - Tramp deyib.
Tramp qeyd edib: “Biz faydalı qazıntılar üzrə sövdələşmə etdik. Və indi o deyir ki, yaxşı, bilirsiniz, mən sövdələşməyə yenidən baxmaq istəyirəm”.
CNN bildirir ki, Ukrayna tərəfi son günlər sövdələşmənin şərtlərinin əhəmiyyətli dərəcədə dəyişdiyini bəyan edib. Zelenskinin sözlərinə görə, müzakirə olunan sazişin şərtləri “daim dəyişir”, lakin ümumilikdə Ukrayna gələcək razılaşmaya müsbət yanaşır.
Ötən cümə axşamı Zelenski tərəflərin artıq “çərçivə sazişi” barədə razılığa gəldiyini, bundan sonra Ali Radada əlavə araşdırma və ratifikasiya da daxil olmaqla tam razılaşmanın müzakirə ediləcəyini bildirib. Lakin sonra Amerika tərəfi mövqeyini dəyişib və “dərhal tam razılığın irəli sürülməsini” tələb edib.
“Ona görə də bir neçə dəfə dəyişdirilmiş razılaşmadan danışmaq hələ tezdir. Amma mən istəməzdim ki, ABŞ Ukraynanın bütövlükdə buna qarşı olduğu hissini yaşasın”, - Zelenski bildirib və əlavə edib ki, onlar ABŞ-la əməkdaşlığın tərəfdarıdırlar.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью