Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, Amerika liderinin fərmanı “Müsəlman Qardaşlar” təşkilatının Livan, İordaniya və Misirdəki şöbələrinə qarşı fokuslanıb.
Bir neçə ölkədə terrorçu kimi tanınan “Müsəlman qardaşlar” beynəlxalq dini və siyasi təşkilatı 1928-ci ilin mart ayında Misirin İsmailiyyə şəhərində vaiz Həsən əl-Bənna tərəfindən təsis olunub. 1933-cü ildə təşkilatın qərargahı Qahirəyə köçürülüb.
Həsən əl-Banna birliyi “sələfi hərəkatı, ortodoks yolu, sufi reallığı, siyasi təşkilat, idman qrupu, elmi və mədəni cəmiyyət, biznes müəssisəsi və sosial ideya” kimi xarakterizə edib. Həsən Əl-Bənna 1949-cu ildə öldürüldükdən sonra, 1966-cı ildə edam edilən yazıçı Seyid Qutb hərəkatın əsas ideoloqlarından birinə çevrildi.
Təşkilatın hüquqi statusu ölkədən asılı olaraq dəyişir. “Müsəlman qardaşlar” bir sıra ölkələrdə qanuni fəaliyyət göstərir və onunla əlaqəli siyasi partiyalar parlamentdə təmsil olunur. Məsələn, Tunisdə İntibah Partiyası, Sudanda Milli Konqres (2019-cu ilə qədər), Yəməndə İslah Partiyası və s.
Eyni zamanda, “Müsəlman qardaşlar” Bəhreyn, Misir, Rusiya, Suriya, Səudiyyə Ərəbistanı, BƏƏ, Qazaxıstan və Tacikistanda terror təşkilatı kimi tanınır.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Bir neçə ölkədə terrorçu kimi tanınan “Müsəlman qardaşlar” beynəlxalq dini və siyasi təşkilatı 1928-ci ilin mart ayında Misirin İsmailiyyə şəhərində vaiz Həsən əl-Bənna tərəfindən təsis olunub. 1933-cü ildə təşkilatın qərargahı Qahirəyə köçürülüb.