Tramp müttəfiqlərindən müharibə pullarını tələb edir: “Mən olmasaydım, İsrail çökmüşdü”

10.11.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla müharibə zamanı müdafiə etdiyi ölkələrdən bütün hərbi xərclərin ödənilməsini tələb edib.

“Bakupost” xəbər verir ki, Tramp bu açıqlama ilə “CBS News”un "60 Minutes" verilişinə verdiyi müsahibədə çıxış edib.

"Bu proses başa çatdıqda, müdafiə etdiyimiz ölkələr müharibədə çəkdiyimiz bütün xərcləri bizə ödəyəcək. Çünki biz olmasaydıq, onlar mövcud olmazdı", - deyə ABŞ prezidenti bildirib.

Tramp xüsusilə ölkəsinin İsrailin təhlükəsizliyinin təmin edilməsindəki rolunu vurğulayıb.

"Biz olmasaydıq, İsrail mövcud olmazdı. Donald Tramp olmasaydı, İsrail mövcud olmazdı", - deyə o bildirib.

Lakin Tramp kompensasiyanın konkret məbləğini, ödəniş edəcək ölkələri və ya onların həyata keçirilmə mexanizmini dəqiqləşdirməyib.

Siyasi şərhçi Rufiz Hafizoğlu “Bakupost”a bildirib ki, Trampın bu bəyanatı absurddur:

“Tramp yenə də dünyanı heyrətləndirməkdə davam edir. Körfəzdəki ərəb ölkələrində ABŞ hərbi bazaları yerləşir. Qətərlə ABŞ arasında əməkdaşlıq müqaviləsi mövcuddur. Amma bu müqaviləni ilk olaraq kobudcasına pozan ölkə İsrail oldu. Təl-Əviv “HƏMAS”a qarşı əməliyyat keçirdi. Bu əməliyyat isə Qətərin suverenliyinə təhdid idi. Bundan sonra, Vaşinqton Qətərlə ona olan hücumun ABŞ-yə hücum kimi dəyərləndirilməsini nəzərədə tutan başqa bir müqavilə imzaladı. Ardınca Qətərin bəzi infrastrukturları İran tərəfindən vuruldu, lakin buna baxmayaraq, hər hansı bir müdafiədən söz getmədi”.

Müsahibimizin sözlərinə görə, qlobal yəhudi lobbisi də Netanyahu hökumətinin ərəb ölkələrinə yönəlik siyasətinə qarşıdır:

“İsrail mövzusu da çox həssasdır. ABŞ daxilində də İsraillə bağlı ciddi fikir ayrılıqları var. Qlobal yəhudi lobbisi bu günki İsrailin ərəb ölkələrinə qarşı siyasətini dəstəkləmir.

Həmçinin, müsahibimiz düşünür ki, İsrail dövləti yararnandan bəri siyasi baxımdan özünün ən zəif nöqtəsinə gəlib çatıb:

“Qlobal yəhudi lobbisi də görür ki, mövcud vəziyyətdə İsrail qonşuları ilə normal yaşaya bilməyəcək. İndi İsrailin qorunmasının özü bir əlavə yükdür. Amma İsraildəki radikal millətçi, dinçi qüvvələr bunu başa düşmür”.

Bütün bunlara əsasən həmsöhbətimiz hesab edir ki, İsrail və ərəb ölkələri heç zaman Trampa bu pulları qaytarmayacaqlar:

“Ərəb ölkələrinin faktiki olaraq ABŞ-yə borcu da yoxdur. Ümumiyyətlə, bu günə qədər İsrailin ABŞ-yə hansısa borcu qaytarmasından söhbət belə getməyib. Bura milyardlarla vəsait xərclənib. Amma vəsait geri qaytarılmayıb”.

Rüfət Sultan,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью