Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp beynəlxalq ticarət məsələlərinin müzakirəsi zamanı qışqırmalı olduğu üçün səsinin batdığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlər Trampdan niyə səsinin xırıltılı olduğunu soruşublar. Dövlət başçısı bildirib ki, ticarət və ölkə ilə bağlı bir məsələdə “kiminsə axmaqlıq etməsi” səbəbindən onlara qışqırmaq məcburiyyətində qalıb. Onun sözlərinə görə, problemi aradan qaldırıb, lakin bu zaman özündən çıxıb.
Tramp əlavə edib ki, müəyyən bir ölkə ticarət razılaşmalarının şərtlərini dəyişməyə cəhd göstərib.
Nuriyyə NATİQQIZI