Tramp namizəd olmaq istəmir: Səkkiz il kifayətdir

04.05.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətindən sonra üçüncü dəfə namizədliyini irəli sürmək niyyətində deyil.

Modern.az xəbər verir ki, bu barədə o, "NBC News"a müsahibəsində deyib.

“Mən səkkiz il prezident olacağam, iki müddət xidmət edəcəyəm. Həmişə düşünmüşəm ki, bu, çox vacibdir... Bəziləri artıq "Trump-2028" yazılmış papaqlar satır. Amma mən bunu istəmirəm".

O, müddəti başa çatdıqdan sonra vəzifəsini Respublikaçı namizədə ötürmək istədiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью