Tramp: “NATO dakıların Ərdoğanla problemləri yarananda mənə müraciət edirlər“

09.12.2025

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmaq istəyərkən NATO ölkələri yardım üçün ABŞ lideri Donald Trampa müraciət edirlər.

Moderator.az xəbər verir ki, D.Tramp "Politico"ya müsahibəsində belə deyib.

ABŞ rəhbəri qeyd edib ki, alyans ölkələrinin Türkiyə lideri ilə problemləri yarananda ondan R.T.Ərdoğanla danışmağını xahiş edirlər, çünki özləri dil tapa bilmirlər.

D.Tramp əlavə edib ki, o özü isə hər dəfə Türkiyə prezidenti ilə rahatlıqla anlaşa bilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью