Tramp NATO müttəfiqlərinə: Sizinlə qalmaq istəyirik

08.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinə Vaşinqtonun alyansdan çıxmaq niyyətində olmadığını bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Tramp  NATO liderləri ilə qapalı keçirilən görüşdə "Biz sizinlə qalmaq istəyirik" deyib.  

Donald Tramp çıxışında həmçinin qeyd edib ki,  ABŞ müttəfiq ölkələrə silah satışını davam etdirməyə hazırdır. O bildirib ki, Vaşinqton silahların sonradan hansı məqsədlərlə istifadə olunacağından asılı olmayaraq, tərəfdaşlarına silah və hərbi texnika satışını davam etdirmək niyyətindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью